Aktual

Fuad Hüseynəliyev: “Media haqqında yeni qanun ölkəmiz üçün olduqca vacibdir” – VİDEO

Fuad Hüseynəliyev: “Media haqqında yeni qanun ölkəmiz üçün olduqca vacibdir” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bütün istiqamətlərdə aparılan ciddi islahatların qanunvericilik bazası media məkanına qədər genişlənir – ölkə parlamentinin müzakirə etməyə başladığı yeni qanun layihəsi onun müasirləşməsinə və səmərələşməsinə kömək edəcək.

7Times.az  xəbər verir ki, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Media haqqında” qanun layihəsinin əhəmiyyətini CBC telekanalına müsahibəsində şərh edərkən bildirib ki, yeni layihə ölkəmiz üçün son dərəcə zəruridir.

“İlk növbədə qeyd etmək istərdim ki, “KİV haqqında” qanun hələ 1999-cu ildə qəbul edilib və sonradan müəyyən dəyişikliklərə məruz qalsa da, ölkəmizdə bu sahədə mövcud olan bütün iş miqyasını əhatə etməyib. Bu, birinci növbədə internet resurslarının inkişafı ilə bağlıdır, çünki mövcud qanunun çox hissəsi çap mediasını, qəzetləri, xəbər agentliklərinin fəaliyyətini tənzimləyir. Ölkədə çoxlu sayda portalların fəaliyyəti qanundan kənarda qalır.

Yeni qanun layihəsində nəzərdə tutulub ki, bütün media portalları və agentlikləri bir-biri ilə əməkdaşlıq müqaviləsi bağlasın, yəni portallar müqavilə imzalanmadan məlumatı dərc edə bilməyəcək və ya onlar bizim xəbərlərimizin yalnız 1/3-dən istifadə edə biləcəklər. Bu, hazırda müşahidə etdiyimiz xəbər oğurluğunun miqdarını əhəmiyyətli dərəcədə azaldacaq. Bütün bunlar bizim fəaliyyət sahəmiz üçün çox zərərlidir”, – deyə F.Hüseynəliyev bildirib.

“Report” İnformasiya Agentliyinin direktorunun sözlərinə görə, layihə sadə dildə yazılmasına baxmayaraq, müəyyən təkmilləşdirmələr tələb edir.

“Mənim üçün heç anlaşılmazlıq olmayıb, amma müəyyən təkmilləşdirmələrə ehtiyac var və bir sıra dəyişikliklər parlamentdə müzakirə zamanı öz əksini tapacaq. Üstəlik, parlament komissiyalarında müzakirə zamanı ayrı-ayrı alt komitələr yaradılacaq və onlara jurnalistlər də cəlb olunacaq ki, onlar qanun layihəsində tələb olunan konkret dəyişiklikləri verə bilsinlər və qanun layihəsini təkmil formaya çatdırsınlar”, – deyə Fuad Hüseynəliyev əlavə edib.