Kriminal

Gədəbəydə bir tona yaxın narkotik yandırıldı

Gədəbəydə bir tona yaxın narkotik yandırıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gədəbəy rayonu Dəyə-Qarabulaq kəndinin yaylaq ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7times.az-a verilən məlumata görə, ümumi çəkisi 932 kiloqram olan, 1432 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Gədəbəydə bir tona yaxın narkotik yandırıldı

Gədəbəydə bir tona yaxın narkotik yandırıldı