Aktual

Güllələnmiş 9 yaşlı ukraynalı oğlanın məktubu BÜTÜN DÜNYANI LƏRZƏYƏ SALDI – VİDEO

Güllələnmiş 9 yaşlı ukraynalı oğlanın məktubu BÜTÜN DÜNYANI LƏRZƏYƏ SALDI – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Uşaqlar və arvadım Marqarita yerindəcə öldü… Böyük oğlum Matvey – 9 yaşında,  kiçiyi Klim  isə 5 yaşında idi…”
Kiyev vilayətindəki Buça şəhərindən təxliyə zamanı Rusiya hərbçiləri Aleksandr Çikmarevin iki oğlu və həyat yoldaşını güllələyiblər.
Moderator.az  “Faktı” nəşrinə istinadla xəbər verir ki, ukraynalı ata  “Gözlər” layihəsinə öz dəhşətli hekayətini danışıb və göz yaşlarını saxlaya bilməyib.
“Aprelin 6-da biz dostlarla Buçadan çıxmaq üçün toplandıq. Bir az getdik, qarşımızda piyada döyüş maşını dayandı. Dərhal avtomobili saxladım, qonşular da saxladı və o dəqiqə də atəş başladı. Uşaqlar və arvadım Marqarita yerindəcə öldü… Böyük oğlum Matvey – 9 yaşında,  kiçiyi Klim  isə 5 yaşında idi. Maşın alovlandı, mən yaralandım və maşından sürünərək yola çıxdım, sonra ağacın arxasında gizləndim. Sonra gördüm ki, iki hərbi maşın yan-yana dayandı, sürücülər nəsə danışıb getdilər… İndi ayaqlarım ağır zədələndiyi üçün, xəstəxanadayam. Dayanmadan ağlayıram, çünki doğmalarım gözümün qabağında qətlə yetirilib. Mən başa düşə bilmirəm ki,  ruslar niyə bizə qarşı belə etdilər.  Biz maşının üzərinə “uşaqlar” lövhəsi vurmuşduq və  şüşələr tünd olmadığından onlar  içəridə uşaqların olduğunu görürdülər” – Aleksandr belə deyib.
Məlum olub ki, ölən Rita və onun oğulları qətl yerinin yaxınlığındakı kütləvi məzarlıqda  basdırılıblar. Hələ martın 3-də  9 yaşlı Matvey keçdiyi onlayn dərsdə və müharibə başlayandan sonra yazdığı məktubu müəllimləri ilə bölüşüb.
“Ukraynada müharibə gedir. Bu, çox təhlükəlidir. Putin pis adamdır, səbəbsiz yerə müharibəyə başlayıb və xalqına yalan danışır. Mən indi qorxuram, amma ölkəmin qələbəsinə inanıram. Hazırda bu məktubu zirzəmidə oturub yazıram. Ailəm üçün narahatam, çünki Buçada hər gün döyüşlər gedir.  Biz paytaxtımız Kiyev üçün qalxanıq. 18 yaşım olsaydı, Ukrayna uğrunda döyüşə gedərdim. Amma mənim cəmi 9 yaşım var. Anam ümidsiz olanda ona təsəlli verirəm və kiçik qardaşımı əyləndirirəm. İnanıram ki, qalib gələcəyik. Mən fəxr edirəm ki, ukraynalıyam”- “Matveyko bax belə bir məktub yazıb” – deyə  Matvey Çikmarevanın müəlliməsi Qalina Marçenko öz “Facebook” səhifəsində bildirib.
Bu qədər müdrikliyi, mətanəti, öyrənmək həvəsini, sadəliyi, sevgini, səmimiyyəti, minnətdarlığı haradan alır, bu qədər nuru haradan alır? Və sən sevinirsən ki, təsadüfən belə bir insanın yanında olmusan, həm onun müəllimi olmaq, həm də ondan öyrənmək şərəfinə nail olubsan… Amma bu uşaq və onun ailəsi şəhərdən evakuasiya edilən zaman lənətə gəlmiş  raşistlər tərəfindən öldürülüb. Daha çox mələklərin sayı çoxaldı” -deyə müəllimə sonda yazıb.