Aktual

Gürcüstan NATO sammitinə dəvət olunacaq

Gürcüstan NATO sammitinə dəvət olunacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan nümayəndələri NATO-nun Madriddə keçiriləcək sammitinə dəvət olunacaqlar. Bu barədə NATO baş katibinin müavini Mirça Coane Gürcüstan İctimai Televiziyasının Birinci Kanalına bildirib.

O, Gürcüstanın güclü potensiala malik NATO tərəfdaşı olduğunu və alyansın uzun illərdir bu ölkə ilə əməkdaşlıq etdiyini qeyd edib.

Qeyd edək ki, Gürcüstanın NATO ilə əməkdaşlığı 1990-cı illərin sonundan başlayıb. 2002-ci ilin noyabrında o vaxtkı prezident Eduard Şevardnadze Praqada keçirilən sammitdə dövlətin alyansa üzv olmaq istəyini bəyan edib. Bu niyyəti növbəti dövlət başçısı Mixail Saakaşvili də dəstəkləyib. (Mənbə: gazeta.ru)