Ölkə

Hafiz Məmmədov məhkəmədən xahiş etdi: “Buraxın, pulu tapıb ödəyim…”

Hafiz Məmmədov məhkəmədən xahiş etdi: “Buraxın, pulu tapıb ödəyim…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vergi və məcburi sosial sığorta ödənişi borcuna görə saxlanılan biznesmen Hafiz Məmmədovun barəsində çıxarılmış həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəkillərin verdiyi vəsatətə bu dəqiqələrdə  Bakı Apellyasiya Məhkəməsində baxılıb. virtualaz.org-a məlum olub ki, məhkəmə iclası zamanı Hafiz Məmmədov onu həbsdən azad etməyi xahiş edib, borcu tezliklə tapıb ödəyəcəyini bildirib.
Amma məhkəmə onun xahişinə müsbət cavab verməyib. H.Məmmədovdan əvvəlcə borcunu ödəməyi tələb ediblər və bildiriblər ki, ancaq borcun ödənilməsindən sonra onun azadlığa buraxılması məsələsinə baxıla bilər.
Qeyd edək ki, H.Məmmədovun şirkətlərinin vergi və məcburi sosial sığorta ödəmələri borcu 1,5 milyon manata yaxındır. Biznesmenin dostları bu pulun bir qismini toplayıb vergi orqanlarının hesabına köçürüblər.