Ölkə

Havada toz dumanı 2 dəfə artdı

Havada toz dumanı 2 dəfə artdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur.

Milli Hidrometeorologiya Xidmətinin 7times.az-a veridiyi məlumatına görə bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.