Ölkə

Həbsdə olan icra başçısının cəzası azaldıldı

Həbsdə olan icra başçısının cəzası azaldıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədovun cəzası azaldılıb.

7Times.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb. Qərara əsasən, sabiq icra başçısının həbs müddəti 6 ilə endirilib.

Qeyd edək ki, Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

O, 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Xatırladaq ki, Qoca Səmədov səhhərindəki problemlərlə əlaqədar ötən ilin sentyabrında həbsdən buraxılmışdı. Ürək əməliyyatı keçirən sabiq icra başçısı daha sonra yenidən həbs edilmiş və ona hökm oxunmuşdu.