Aktual

“Heç kim evinin yaxınlığında “İsgəndər”lərin və nüvə başlıqlı gəmilərin olmasını istəməz”

“Heç kim evinin yaxınlığında “İsgəndər”lərin və nüvə başlıqlı gəmilərin olmasını istəməz”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Medvedev “vəhşi ciddiliklə” Finlandiya və İsveçə NATO-ya daxil olması niyyətindən çəkinməyə çağırış edib
Rusiyanın sabiq prezidenti və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev İsveç və Finlandiyaya Şimali Atlantika alyansına tələsik daxil olmasına görə xəbərdarlıq edib.
“İsveç və Finlandiya vəhşi ciddiliklə NATO-ya birləşməsinin mümkünlüyünü müzakirə edir. Alyansın özü ən qısa müddətdə minimal bürokratik prosedudrlarla onları qəbul etməyə hazırdır. Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiyanı rəsmən qeydiyyatda olan əleyhdarlarının sayı artacaq”.
7Times.az  xəbər verir ki, bu barədə Medvedev öz “Telegram”-kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya buna “emosiyasız, soyuq başla” reaksiya verəcək, sərhədlərini möhkəmləndirəcək, quru qoşunları və HHM qüvvələrini gücləndirəcək, Fin körvəzi akvatoriyasında hərbi dəniz qüvvələrini artıracaqdır.
“Belə olan təqdirdə Baltikyanı bölgənin hər hansı nüvəsiz statusu barəsində söhbət gedə bilməz və balans bərpa edilməlidir. Bu günə qədər Rusiya bu tədbirlərə getməyib və getmək fikrində olmayıb. Bizi buna məcbur etsələr, cavab tədbirləri görəcəyik”, – Medvedev belə deyib.
O, eyni zamanda ümid etdiyini bildirib ki, “şimal qonşularımızda sağlam düşüncə qalib gələcək”.
“Sağlam düşüncəli insanlardan heç kim qiymətlərin və vergilərin artırılmasını, sərhəddində gərginliyin güclənməsini, “İsgəndər”lərin, hipersəsli silahın və nüvə silahı daşıyan gəmilərin evinin yaxınlığında olmasını istəməz”, – Medvedev vurğulayıb.
Bu gün İsveç mətbuatı məlumat verib ki, İsveçin baş naziri Maqdalena Andersson ölkəsinin NATO-ya daxil olması haqqında qərar qəbul edib. Sorğu iyun ayında Simali Atlantika alyansının növbəti sammitində verilə bilər. Eyni zamanda Finlandiya prezidenti Sauli Niiniste deyib ki, onun ölkəsi, çox güman ki, NATO-ya üzvlük haqqında qərarı Madrid sammitindən əvvəl qəbul edəcək.
Aprelin 12-də Kreml finlərə və isveçlilərə NATO-ya daxil olmasına görə xəbərdarlıq edib və cavab tədbirləri görməyi vəd edib.