Gündəm

“Hələ ki, Qarabağda sülhməramlı fəaliyyətin şahidi olmamışıq” – Vahid Əhmədov

“Hələ ki, Qarabağda sülhməramlı fəaliyyətin şahidi olmamışıq” – Vahid Əhmədovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidentinin yürütdüyü müstəqil siyasət, Türkiyə ilə daha da yaxınlaşma Ermənistanın himayədar qüvvələrinin məqsədinə uyğun gəlmir. Onlar Azərbaycanın münaqişədən və xarici təsirlərdən uzaq dövlət olmasını istəmir. Paşinyan da bu yolda sadəcə bir alətdir”.

7Times.az xəbər verir ki, bunları millət vəkili Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, bölgədə münaqişənin qalmasını istəyən, hər cür vasitə ilə proseslərə müdaxilə məqsədi daşıyan qüvvələr Paşinyandan alət kimi istifadə edirlər: “Rusiya, ABŞ, Fransa kimi dövlətlər münaqişənin daimi olmasını istəyir, bunun vasitəsilə bölgədə öz maraqlarını qorumaq niyyətindədirlər. Paşinyan da məhz havadarlarının maraqlarından istifadə edir. Sərhəddə və sülhməramlıların yerləşdiyi ərazilərdən mövqelərimizin atəşə tutulması da bunun nəticəsidir. Yeri gəlmişkən, üçtərəfli bəyanatın imzalanmasından sonra müəyyən ərazilərdə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib, lakin bu müddət ərzində biz sülhməramlı fəaliyyətin şahidi olmamışıq. Sülhməramlı qüvvələr faktiki olaraq Ermənistana və Qarabağdakı ermənilərə kömək edir, gərginlik yaratmaq cəhdlərinə şərait yaradırlar. Üçtərəfli bəyanata əsasən, bunun tam əksi baş verməli, Qarabağda qalan qanunsuz silahlı birləşmələr tam şəkildə təmizlənməli idi. Bununla, Rusiya gərginliyin qalmasında maraqlı olduğunu göstərir”.

“AzPolitika.info”