Kriminal

Hərbçilərin korrupsiya əməlləri ilə bağlı 296 cinayət işi başlanılıb

Hərbçilərin korrupsiya əməlləri ilə bağlı 296 cinayət işi başlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il hərbçilərin korrupsiya əməlləri ilə bağlı 296 cinayət işi başlanılıb.

7times.az-ın verdiyi xəbərə görə, bunu Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1182 cinayət hadisəsi qeydə alınıb: “Onlardan 296-sı korrupsiya cinayətləri ilə bağlı olub. Qeyd edilən dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 90 şəxs barəsində 61 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1 yanvar 2021-ci il tarixədək ümumilikdə 297 şəxsin Azərbaycan xalqına qarşı müharibə və digər cinayətləri törətmələri sübuta yetirildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib. Onların barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.