Aktual

“Hesab edirəm ki, növbəti “Avroviziya” müsabiqəsi Mariupolda keçirilməlidir”

“Hesab edirəm ki, növbəti “Avroviziya” müsabiqəsi Mariupolda keçirilməlidir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hesab edirəm ki, növbəti “Avroviziya” müsabiqəsi Mariupolda keçirilməlidir”.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu “Avroviziya-2022” mahnı müsabiqəsində qalib olan Ukraynanın “Kalush Orchestra” qrupunu təbrik edən Prezident Volodimir Zelenski teleqram kanalında yazıb.
“Bizim cəsarətimiz dünyanı heyran edir, musiqimiz Avropanı fəth edir! Gələn il Ukrayna “Avroviziya”ya ev sahibliyi edəcək! Tarixində üçüncü dəfədir. Və inanıram ki, bu, sonuncu dəfə olmayacaq. Biz hər şeyi edəcəyik ki, bir gün Ukraynanın Mariupolu “Eurovision” iştirakçılarına və qonaqlara ev sahibliyi etsin. Azad, dinc, qurulmuş şəkildə”, – Zelenski vurğulayıb.
O, həmçinin Ukraynaya səs verən hər kəsə təşəkkürünü bildirib.
“Əminəm ki, düşmənlə döyüşdə bizim qalib akkordumuz uzaqda deyil”, – Zelenski vurğulayıb.