Aktual

Hindistanda meymun çiçəyinə ilk yoluxma halı qeydə alındı

Hindistanda meymun çiçəyinə ilk yoluxma halı qeydə alındıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda insanlarda meymun çiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb. 

7Times.az  xəbər verir ki, xəstəliyə yoluxma ölkənin Kerala ştatının sakinində baş verib.

Məlumata görə, xəstəliyin ilk daşıyıcısı yaxınlarda BƏƏ-dən qayıdıb. O, meymun xəstəliyinin simptomları başlayandan dərhal sonra xəstəxanaya yerləşdirilib. Diaqnoz xəstəxanada təsdiqlənib. Hindistan hakimiyyəti infeksiyanın yayılmasının qarşısını almaq üçün ÜST-nin tövsiyə etdiyi bütün məhdudlaşdırıcı tədbirləri görür.

Meymun çiçəyi yeni infeksiya deyil. Uzun illər Mərkəzi Afrika üçün xarakterik sayılırdı və onun hüdudlarından kənara yayılmadı. Onun daşıyıcıları primatlardır, lakin xəstəlik insanlara hava damcıları ilə də keçə bilər. Son aylarda xəstəlik  Avropa və ABŞ-da yayılmağa başlayıb. Monkeypox simptomları səpgi, bədən ağrıları və qızdırmadır. Baxımsız vəziyyətdə bir insanın ölümünə səbəb ola bilər.