Ölkə

İCRA BAŞÇISI QƏFİL MƏKTƏBƏ GETDİ, BİABIRÇILIQ ÜZƏ ÇIXDI – Direktor tapılmadı… (Fotolar)

İCRA BAŞÇISI QƏFİL MƏKTƏBƏ GETDİ, BİABIRÇILIQ ÜZƏ ÇIXDI – Direktor tapılmadı… (Fotolar)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədi ilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub.

“Pravda.az” saytının xəbərinə görə, Arıqıran kənd tam orta məktəbində 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub, həmin vaxt direktor və müəllimlər də məktəbdə olmayıb. 11-ci siniflər üzrə 55 şagirddən isə ümumiyyətlə heç biri məktəbdə olmayıb. Acınacaqlı hal ondan ibarətdir ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir.

Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.