Manşet

İcra başçısının müavini övladına toy edib? – DİN-dən açıqlama

İcra başçısının müavini övladına toy edib? – DİN-dən açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi xəbər saytlarında Qazax rayon İcra hakimiyyəti başçısının müavininin karantin qaydalarına zidd olaraq, övladına toy mərasimi keçirməsi barədə həqiqətə uyğun olmayan xəbər yayılıb”.

7times.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Modern.az-a bildirib ki, respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Qazax rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən bütün qərarların icra edilməsi ilə bağlı mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər keçirir, vətəndaşlar ilə izahedici söhbətlər aparırlar.

“İddia edilən məsələyə gəldikdə isə bildirmək istəyirəm ki, Qazax rayonu ərazisində nə toy mərasimi, nə də ki hər hansı məclis təşkil edilməyib. Belə cəhdlərin qarşısı dərhal alınıb və inzibati xəta törədən şəxs barədə tədbir görülüb. Xatırladım ki, karantin rejimindən irəli gələn mövcud qaydalara görə toy etmək qadağan edilsə də rəsmi nigaha girməklə, ailə qurmaq yasaq deyil. Elə yazıda adı çəkilən cütlük də toy mərasimi təşkil etmədən, məhz rəsmi nigahla ailə qurublar”.