Ölkə

İlahiyyatçının qızı universitetdə haqsızlıqla qarşılaşıb? – Tərəflər bi-birini İTTİHAM EDİR

İlahiyyatçının qızı universitetdə haqsızlıqla qarşılaşıb? – Tərəflər bi-birini İTTİHAM EDİRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlahiyyatçı alim Elşad Miri qızının təhsil aldığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində haqsızlıqla qarşılaşdığını bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, E.Miri iddia edir ki, Universitetin Sevda Yusifova adlı baş müəllimi dərs dövründə qızına onu imtahandan keçirməyəcəyini deyib və sonda qızına tam hazırlıqlı olmasına rəğmən 3 yazılıb.

İlahiyyatçı onu da deyib ki, məsələni araşdırmaq üçün Universitetin dekanı Naməd Paşayev ilə görüşüb və dekan onunla görüşdüyü üçün töhmət ala biləcəyini bildirib.

Biz də məsələni aydınlaşdırmaq üçün Naməd Paşayev ilə əlaqə saxladıq.

Dekan Bakıvaxtı.az-a bildirib ki, müəllim dərs dövründə elə söz desə də, onun imtahanda vərəqin hansı tələbəyə aid olduğunu öyrənmək səlahiyyəti yoxdur:

“İmtahanlar ADNSU-da yazılı formada keçirilir. İmtahan vərəqlərini yoxlayan müəllim vərəqin hansı tələbəyə məxsusluğunu qətiyyən bilə bilməz. Tələbə imtahandan 3 bal alıb (qeyd: İmtahandan keçmək üçün minimum 17 bal lazımdır). Lakin həmin tələbənin apellyasiya şikayəti etmək hüququ var”.

Dekan qeyd edib ki, dərs dövründə müəllimin tələbəyə “səni imtahandan keçirməyəcəm” ifadəsi əlbəttə ki, qəbuledilməzdir: Lakin mən bunu da araşdırdım. Müəllim mənə dedi ki, o sözü tələbə dərsi pozduğu üçün işlədib və imtahandan aşağı bal alması onunla əlaqədar deyil”.

Töhmət məsələsinə gəldikdə isə, Naməd Paşayevin dediyinə görə, o sözü Elşad Miriyə ona görə deyib ki, imtahan gedişi zamanı kənar şəxslərin universitetə girişi qadağandır: “Mən isə Elşad Mirini öz xidməti otağımda qəbul etmişdim”.