Manşet

İlham Əliyev deputat olanda…

O, Xaçmaza tez-tez gəlib gedirdi, amma...

İlham Əliyev deputat olanda…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlham Əliyevin Milli Məclisə gedən yolu bizim kəndlərdən keçib. Yolları daşlı kəsəkli, küçələrindən evlərinə qədər sosial problemlərlə dolu olan kəndlərdən. Qeyd edim ki, o, Milli Məclisin 56 saylı Xaçmaz Kənd Seçki Dairəsindən 4-cü və 5-ci çağırış  deputat seçilib. Namizədliyi YAP  tərəfindən irəli sürülən İlham Əliyevin mandat uğrundakı seçki marafonu da çox rahat keçib. O, təbliğat-təşviqat kompaniyalarında seçicilərə çox vədlər verirdi. Partiya funksiyonerləri də bu görüşlərdə tez-tez onun kimin kimi olduğunu xatırladırdı insanlara.

İlham müəllim Ramiz Mehdiyevin kürəkənidir. Onun sözün yuxarılar yaxşı eşidir. Bu fakt sizin problemlərinizin həllinə də təsirini göstərəcək.

Hər kənddə, hər məntəqədə eyni ssenari üzrə keçirdi bu görüşlər. Əzələ göstərmək üçün məktəb binasında yerləşən seçki məntəqəsi üçün səsgücləndirici qurğular da almışdı İlham Əliyev.

Özünü nə qədər sadə, səmimi və təvazökar göstərməyə çalışsa da içindəki aqressiyanı gizlədə bilmirdi. Seçki məntəqələrində, tribunadakı çıxışları zaman sadə görünən İlham Əliyevin görüş bitəndən sonra ona yaxınlaşan seçicilərə qarşı necə mühafizəkar və kobud davrandığını öz gözlərimlə görmüşdüm. Elə dünən 15 sutkalıq həbsdən sonra azadlığa buraxılan kimi göstərdiyi perfomans kimi – gah ağladı, gah üzr istədi, gah da jurnalistləri hədələdi. Hələ KİV əhlini niyə araşdırmırsız o videonu kim yayıb deyə günahlandırdıda. Onda belə çıxır ki, o videodakı hadisələrin cinayət yükü həmin görüntülərin yayılmasından daha azdır. Yəni bütün KİV və məsul qurumlar damba-durumlu toyda iştirak edənləri deyil, bu görüntüləri yayanı ittiham etməli idi. Qınamaq olmur İlham müəllim belə alışıb axı…

Onun deputat seçildiyi hər iki çağırışda Xaçmaz rayonunda olan hər iki seçki dairəsindən olan şəxslərin namizədliyi YAP tərəfindən irəli sürülmüşdü. Amma təbliğat-təşviqat kampaniyası zamanı partiyanın bütün gücü İlham Əliyev üçün səfərbər edilmişdi. O zamanki icra başçısı Şəmsəddin Xanbabayev seçki dairəsinin bütün məntəqələrinə bir-bir tapşırıq vermişdi.

Ən xırda bir problem də olmamalıdır.

Elə olmadıda. Ortaya çıxan bütün əngəllər səssiz-küysüz həll olundu. İlham Əliyev  seçki günü hər saatbaşı icra başçısından hesabat alırdı.

Və o deputat seçildi.

Deputat seçildikdən sonra onun gördüyü ilk iş Nabran istirahət zonasında (Tel kəndi yolu) özünə hektarlarla torpaq sahəsini alıb hasara çəkdirmək oldu.

Amma seçicilərə vəd verdiyi sosial lahiyyələrin heç birinin həyata keçirilməsinə səy göstərmədi. İlham Əliyev Xaçmaza tez-tez gəlib gedirdi. Amma seçiciləri onu ya istirahət zonalarında, ya da restoranlarda görürdü.

Bu gün o  hər ay 100 manat təqaüd verdiyi 10-15 tələbənin xatirələrində xoş xatırlanır yəqin.

Amma keçmiş olsun. Həm İlham Əliyev üçün həmdə 56 saylı Xaçmaz Kənd Seçki Dairəsinin seçiciləri üçün.

Cəlal Fərzəliyev

7times.az