Prezident İlham Əliyev xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb.
Ali Baş Komandanın sözlərinə görə, müharibə başlayandan indiyədək 252 tank məhv edilib:
“53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib.
Piyadaların döyüş maşınlarının 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb, müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb.
Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, tank əleyhinə vasitə – 53-ü məhv edilib.
82 “Qrad” qurğusu, iki “Uraqan”, iki YARS, bir TOS məhv edilib. Zenit raket kompleksləri – dörd ədəd “TOR”, 40-a yaxın “OSA”, dörd ədəd “KUB”, bir ədəd KRUQ, iki ədəd “S-125” qurğusu məhv edilib.
Altı “S-300” məhv edilib, bir aşkaretmə stansiyası, bir lokator, əməliyyat taktiki raket kompleksləri – iki “Elbrus” məhv edilib, bir “Toçka-U” məhv edilib.
231 yük avtomobili məhv edilib, onlardan 20-si silah-sursatı ilə bir yerdə, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb, toplam düşmən 404 yük avtomobilindən məhrum edilib”.
Follow @7timesaz