Aktual

İlham Əliyev Soçidə bunu dedi və etdi – Qalustyan

İlham Əliyev Soçidə bunu dedi və etdi – Qalustyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soçi görüşü bitdi, orada tərəflər arasında imzalanan sənəd sosial şəbəkələrdə paylaşıldı. Hamı görüşün mənasız və prespektivsiz olduğundan danışdı. Amma sənədin bəzi müddəaları hələ də İrəvan üçün anlaşılan deyil.

7Times.az xəbər verir ki, bu sözləri erməni şərhçi Qraçya Qalustyan bölüşüb.

“Birincisi, artıq hamı bilir ki, sənəddə bir dəfə də olsun “Qarabağ” sözü işlədilməyib. Siz bir düşünün – hətta rus sülməramlıları barədə qeyddə belə “Qarabağ” əvəzinə “sülhməramlıların dislokasiya olduğu ərazi” ifadəsi işlədilib.

İndi isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya lideri Vladimir Putin ilə görüşü zamanı səsləndirdiyi bir fikirə diqqət yetirək: “Qarabağ məsələsi artıq tarixdir. Bu məsələ 2 il öncə bağlandı”. Aydın olur ki, Bakı bu tezisini sənədə keçirə bildi və bu sənədə İrəvan qol çəkdi”, – deyə o qeyd edib.