Aktual

İlham Əliyev və Paşinyan Brüsseldə görüşəcək

İlham Əliyev və Paşinyan Brüsseldə görüşəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
7Times.az
 xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz tvitter hesabında yazıb:
“Liderlərin Brüsseldə keçiriləcək növbəti görüşü ərəfəsində dialoqun davam etdirilməsi və gündəlikdəki bütün məsələlər üzrə konkret irəliləyişin əldə edilməsi əsas məsələdir.
Aİ öhdəliklərinə sadiq qalır”.
Gərginliyi aradan qaldırmaq və əlaqələri açmaq üçün birlikdə işləmək lazım olduğunu qeyd edən Aİ Şurasının prezidenti, Qarabağdakı son hadisələrlə bağlı Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla ayrı-ayrılıqda telefon danışıqlarının olduğunu qeyd edib.