Manşet

İntihar edən qardaşını xilas etmək üçün özünü qayadan atdı – Təfərrüatlar

İntihar edən qardaşını xilas etmək üçün özünü qayadan atdı – Təfərrüatlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Qubanın Qəçrəş kəndi ərazisində çaya düşərək ölən şəxsin intihar etdiyi məlum olub.

7times.az-ın məlumatına görə, 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlunun özünü çaya ataraq intihar etdiyi müəyyənləşib. Onu xilas etmək məqsədisə özünü çaya atan qardaşı 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İntihara R.İsayevin həyat yoldaşından ayrılması və övladı ilə görüşə bilmədiyi üçün keçirdiyi ciddi əsəb pozuntusunun səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünən Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub.

Nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb. Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib. APA