Aktual

İnvestorlar Rusiyadan qaçır – Mərkəzi Bank sərmayə çıxışının məbləğini açıqlayıb

İnvestorlar Rusiyadan qaçır – Mərkəzi Bank sərmayə çıxışının məbləğini açıqlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Mərkəzi Bankı bu il gözlənilən kapital axını ilə bağlı proqnozunu iki dəfə artırıb.

Sfera.az xəbər verir ki, əvvəlki proqnozda sərmayə çıxışı 75 milyard dollar proqnozlaşdırılırdısa, yeni proqnozda məbləğ 151 milyard dollara qədər artırılıb.
Rusiya Mərkəzi Bankının dərc etdiyi “Orta müddətli proqnozlar” adlı hesabatda 2022-ci ildə illik inflyasiyanın 18-23 faiz arasında olacağı təxmin edilir. Gələn il inflyasiyanın 5-7 faizə enəcəyini proqnozlaşdıran hesabatda bu il ölkə iqtisadiyyatında daralmanın 8-10 faiz səviyyəsində olacağı qeyd edilib.

Rusiya Mərkəzi Bankının aprelin 11-də verdiyi açıqlamada 2021-ci ilin birinci rübündə ölkədən kapital axınının 17,5 milyard dollar olduğu, bu ilin birinci rübündə isə bu rəqəmin 64,2 milyard dollara yüksəldiyi bildirilib.

Sanksiyalara görə onlarla xarici şirkət və investor Rusiyadan çıxmaq və ya fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib. Rusiyada kapital axını əvvəlki illə müqayisədə 42 faiz artaraq 2021-ci ildə 72 milyard dollara çatıb.