Manşet

İnzibati Prosessual Məcəllədə dəyişiklik edildi

İnzibati Prosessual Məcəllədə dəyişiklik edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnzibati Prosessual Məcəllədə dəyişiklik edilib.

7times.az xəbər verir ki, bununla bağlı müvafiq qanunu Prezident İlham Əliyev imzalayıb.

Sənədə əsasən, bu Məcəllənin müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunacaq.

Bu Məcəllədə nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə biləcək.

Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılacaq. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edəcək. Bu barədə proses iştirakçılarına məlumat veriləcək.

Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.