Ölkə

“İran Azərbaycana nə qədər nifrət edə bilər ki…”

“İran Azərbaycana nə qədər nifrət edə bilər ki…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Sahib Alıyevin Yenisabah.az-a müsahibəsi:

– Sahib bəy, ilk öncə Birinci Qarabağ müharibəsi zamanı İranla Azərbaycan arasındakı münasibətlərdən danışaq…

– Birinci Qarabağ savaşında həm Rusiya, həm də İran Azərbaycana heç də dostca davranmadılar. Rusiyanın Pskov hava diversantı diviziyasının Azərbaycan torpaqlarının, o cümlədən Sərsəng su anbarının işğalında rolu var. Bu danılmaz faktlarla təsbit olunub. Qonşu İranın Birinci Qarabağ müharibəsi zamanı da Ermənistana dövlət dəstəyindən tutmuş, silah və ərzaq dəstəyinə qədər hər cür yardım etdiyi də heç kimə sirr deyil. Hətta Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan əgər İran olmasa, ölkəsinin ayaq üsdə qala bilməyəcəyini dəfələrlə söyləmişdi.

– Azərbaycan bu durumda necə münasibət sərgiləyirdi?

– Bütün bunlara baxmayaraq Azərbaycan hər iki dövlətlə əlaqələrini pozitiv notlar üzərində formalaşdırdı. Açıq desək, biz bunun bəhrəsini də gördük.

Digər tərəfdən, Rusiya və İran da şahid oldu ki, bütün olanlara rəğmən Azərbaycan hər iki ölkəyə yanaşmada xeyrxahlıq göstərir.

Çox təəssüf ki, hər iki tərəf bunun qarşlığında yaranan fərqli reallıqları nəzərə alaraq, bir zamanlar işğal altında olan torpaqlarımıza yanaşamada eyni siyasəti yeritməyə çalışır. Lakin Azərbaycan bunların qarşısını qətiyyətlə alır və alacaq, heç kimin şübhəsi olmasın.

– Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinə müraciəti haqqında nə deyə bilərsiniz?

– Azərbaycan, Rusiya Müdafiə Nazirliyinə bildirdi ki, sülhməramlı adı altında Qarabağda yerləşən hərbi kontingentin müvəqqəti nəzarəti altında olan ərazilərdən, bölmələrimizin atəşə tutulması cavabsız qalmayacaq. Bu xəbərdarlıqdan çox keçmədi ki, atəş nöqtələri susduruldu.

Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın hərbi kontingentini 10 noyabr bəynatında öz öhdəliklərinə düşən vəzifəni yerinə yetirməyə çağırdı.

– İran adından da göründüyü kimi İslam Respublikasıdır, lakin açıq-aşkar  Ermənistana tərəfkeşlik etdiyini görürük. Bəs bu haqda nələr düşünürsünüz?

– Biz heç kimin müsəlman təəssüfkeşliyi haqqında nağıllarına inanmırıq. Özünü müsəlman təəssüfkeşi kimi göstərən bir çox ölkələrdə dinin tamamilə ideologiya ilə əvəzləndiyini, dinin necə ideologiya kölgəsində qaldığını görürük. Din adından çıxış edənlər özlərini təqdim etdikləri kimi olsa idilər, Azərbaycanın haqlı savaşında daim yanımızda olardılar. Ermənilərin necə vəhşiliklər etdiyini artıq hər kəs bilir. Onlar Qarabağda olan 60-dan çox məscidi darmadağın edib, orada donuz saxlayıblar.

Bizim dostcasına yanaşdığımız, Qərbin bütün təzyiqlərinə rəğmən ona qarşı sanksiyalarda yer almaq istəmədiyimiz, hətta yarım milyard dollara qədər kredit verməyə hazırlaşdığımız bir dövlət, yəni İran Azərbaycana nə qədər nifrət edə bilər ki, bu cür reallıqlar üzdə ola-ola Azərbaycanın şifahi xəbərdarlıqların ardından, verdiyimiz notaya məhəl qoymadan belə bir siyasət yeritsin. Yenə də Rəsmi Bakının icazəsi olmadan Ermənistana yük və yardımlar daşısın.

Artıq İrandan gələn yüklər, Qubadlıdan keçib Azərbaycan ərazisinə daxil olarkən yoxlanılır, qeydiyyata alınır. Qarbağda hərbi kontingentini yerləşdirən ölkə də bilməlidir ki, Azərbaycanın şəxsi torpaqlarına kimin gəldiyini izləmək, qarşısını almaq haqqı var.

– Qarabağda başlayan təlimlər nəyə işarədir?

– Artıq bir müddətdir təlimlər başlayıb. Təlimlərdə Azərbaycan, Pakistan, Türkiyə iştirak edir. Bu “ÜÇ Qardaş” təlimi onu göstərir ki, Azərbaycan torpaqlarında, Azərbaycan qanunu işləyəcək və bizim istədiyimiz olacaq.

Mehri Qurban 

“İran Azərbaycana nə qədər nifrət edə bilər ki...”  - Deputat