Ölkə

İran Qarabağda maşının 5-ci təkəri qədər əhəmiyyətsizdir – Rus politoloq

İran Qarabağda maşının 5-ci təkəri qədər əhəmiyyətsizdir – Rus politoloqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan cəmiyyətinin Rusiyaya qarşı radikal mövqeləri, gələcək xarici siyasət sövdələşmələri və Kremlə təzyiq cəhdi ola bilər”.

Bunu Milli.Az-a açıqlamasında rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

O bildirib ki, İrəvanda anti-Ruisya təbliğatının başında İran dayanır:

“Ermənistandakı anti-Rusiya aksiyası 2016-cı ildə İrəvanda dövlət çevrilişinə cəhd edən terror təşkilatı olan keçmiş “Sasna Tsrer” qruplaşmasının ələ keçirdiyi patrul alayının yerləşdiyi yer olub. Həmin vaxt İrəvan polisinin post xidməti ələ keçirildi, bundan sonra Nikol Paşinyan gələnə qədər bu silahlı etiraz aksiyasının iştirakçıları bir neçə il həbsdə olublar və istintaq təcridxanasında saxlanılıblar. Paşinyan dövlətə başçılıq edəndən sonra onlar azad ediliblər.

Bu quldur dəstəsi Kremlin fəaliyyətini qəbul etmək fikrində deyil, ikincisi aqressivdirlər, üçüncüsü də onlar Ermənistanın siyasi sahəsinin marjinal hissəsindədirlər və onlara fikir vermək axmaqlıqdır. Müasir Almaniya Federativ Respublikasında ultra-sağların nasist antikalarına diqqət yetirin və təbii ki, Moskvada bunu heç kim etməyəcək, digər tərəfdən də başa düşmək lazımdır ki, İrəvanda baş tutan bu cür “tamaşaların” arxasında kimin dayandığı aydın şəkildə məlumdur – Ermənistanın hazırkı baş naziri Nikol Paşinyandır. Yumşaq desək, onun siyasi quldurları həbsdən çıxarması ona partiyasını qurmağa imkanı verdi. Ermənistan üçün aydındır ki, bu çıxış kortəbii olmayıb, razılaşdırılıb. Rəsmi İrəvanın Rusiyaya qarşı etirazları bir vaxtdan sonra Kreml üçün ciddi problemə çevrilə bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağın nizamlanması 2+2 formatına əsasən mümkündür. Yəni 4 tərəf – Ermənistan-Azərbaycan arasındakı münaqişədə Rusiya ilə Türkiyə vasitəçi qismində (Ağdamda Birgə Mintorinq Mərkəzi – red) sülhməramlıların fəaliyyəti ilə vasitəçilik edirlər, İran isə sadəcə bu formatda (2+2) iştirak edir. Fortmatla məsələyə heç bir əlaqəsi yoxdur.

Burada İranın tərəf kimi iştirakı tamamilə mənasızdır və arabanın beşinci təkəri kimi lazımsızdır. Bundan sonra Rusiyanın rəsmi orqanlarının Tehrana qarşı belə bir münasibəti İrəvanda Ermənistanın milli maraqlarına xəyanət kimi qəbul edildi. Kremlin Dağlıq Qarabağ ətrafındakı vəziyyətə bu münasibətinin erməni xalqının müəyyən hissəsinə uyğun olmadığını göstərmək üçün müasir Ermənistanın siyasi spektrinin fəallarından ifrat istifadə edildi”.