Manşet

İranda fars dilindən istifadə etməyənlərə sərt xəbərdarlıq edildi

İranda fars dilindən istifadə etməyənlərə sərt xəbərdarlıq edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda fars dilindən istifadə etməyənlərə sərt xəbərdarlıq edildi.

7times.az xəbər verir ki, İranın mədəniyyət naziri fars dilindən istifadə etməyənlərlə bağlı xəbərdarlıq sistemi yaradılmasına göstəriş verib

İranın mədəniyyət naziri Məhəmmədmehdi İsmayıli nazirliyin aidiyyatı bölmələrinə fars dili və əlifbasından istifadə etməyənlərə xəbərdarlıq edən sistem hazırlamaqla bağlı tapşırıq verdiyini deyib.

O, bu sözləri İranın Fars Dili və Ədəbiyyatı Akademiyasının rəisi Qulaməli Həddad Adilin də iştirakı ilə keçirilən Fars Dilinin Qorunmasına dair Koordinasiya Şurasının iclasında deyib.

Fars dilini həddindən artıq öyən nazir bildirib ki, fars dili və ədəbiyyatı onlar üçün o qədər “əhəmiyyətlidir” ki, zərurət yaranarsa, ondan istifadə etməyənlərlə bağlı daha sərt qanunlar qəbul ediləcək.

Məhəmmədmehdi İsmayıli, həmçinin qeyd edib ki, Əli Xamenei, Həddad Adil və ölkə prezideni fars dili və ədəbiyyatının qorunmasının “vacib olduğunu” vurğuladıqları üçün onun nazir olduğu dövrdə bu işə xüsusi əhəmiyyət veriləcək. KONKRET.az