Aktual

İrəvanda aksiya – Bu dəfə Avropa İttifaqına qarşı

İrəvanda aksiya – Bu dəfə Avropa İttifaqına qarşıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifəti Avropa İttifaqının İrəvandakı nümayəndəliyi qarşısında aksiya keçirib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Diplomatik nümayəndəliyin qarşısına toplaşan müxalifət fəalları hökumətin istefasını tələb edib, baş nazir Nikol Paşinyan əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilər daha sonra Avropa İttifaqının İrəvandakı səfirinə etiraz məktubu təqdim ediblər.

Aksiya polislər tərəfindən dayandırılıb.

Qeyd edək ki, aprelin 25-dən Ermənistanda müxalifət genişmiqyaslı aksiyalara başlayıb. Onlar hakimiyyətin istefasını tələb edirlər.