Ölkə

“İrşad Electronics”dən növbəti ŞİKAYƏT: “Müştəriyə saxta məhsul satılır”

“İrşad Electronics”dən növbəti ŞİKAYƏT: “Müştəriyə saxta məhsul satılır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrşad Electronics” mağazalar şəbəkəsi müştərilərə saxta telefon satır”.

 

7Times.az  xəbər verir ki, bununla bağlı Sabirabad rayonunda yaşayan Quliyev Sadiq Asif oğlu öz narazılığını bildirib.

 

Onun sözlərinə görə, “İrşad Electronics”dən aldığı telefonun saxta olduğunu biləndən sonra geri qaytarmaq istəsə də, şirkət müştəriyə ödəniş etməkdən boyun qaçırır:

“Şikayətim “İrşad Electronics”dən aldığm telefonla bağlıdır. Belə ki, 4 gün bundan öncə “İrşad Electronics”in Sabirabad filialından telefon almışam. Şirkətin əməkdaşları telefonun orjinal olduğunu bildirərək kifayət qədər təriflədilər. Telefonu alandan 4 gün sonra müəyyən problemlər yarandı. Filiala yaxınlaşaraq iradımı bildirdim və məhsulu geri qaytarmaq istədim. Lakin “İrşad Electronics”in əməkdaşları telefonun pulunu verə bilməyəcəklərini bildirdilər.

 

Məqsədim pulumu geri almaq və başqa mağazadan yeni telefon almaqdır. “İrşad Electronics” isə pulumu vermək istəmir. Yalançı uydurmalarla saxta telefonları camaata təqdim edirlər”.

 

www.yenicag.az