Ölkə

“İş yerlərində qadınlara qarşı seksual qısnama halları var” – Sədaqət Qəhrəmanova

“İş yerlərində qadınlara qarşı seksual qısnama halları var” – Sədaqət Qəhrəmanovabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gender deyəndə biz qadın başa düşməməliyik. Gender həm kişilərin, həm qadınların cəmiyyətdə öz yerlərinin olması deməkdir”.

Redaktor.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova media nümayəndələri üçün keçirilən təlimdə deyib. Onun sözlərinə görə, iş yerlərində qadınlara qarşı seksual qısnama halları baş verir:

“Gender deyendə, burada seksual qısnama məsələləri var. Seksual qısnama deyəndə və onun barəsində yazı vermək istəyəndə biz heç nə tapa bilmirik. Çünki seksual qısnama ilə bağlı müraciətlər yoxdur. Nə məhkəməyə müraciətlər var, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək inspeksiyasına müraciətlər var. Bu problem var. İş yerlərində qadınlara qarşı seksual qısnama halları olur. Sadəcə stereotip var ki, utanmaq, çəkinmək, bu mövzunu açıqlamaq, demək məsələsi ilə bağlıdır”.

Sədr müavini məişət zorakılığı məsələlərinə toxunaraq deyib ki, bu məsələ ilə bağlı müraciətlərin sayı artıb, bu da təbii haldır.

“Məişət zorakılığı ilə bağlı əvvəl statistika çox aşağı idi. Bu gün statistika artır və bu müəyyən narahatçılıq gətirir. Amma mən deyirəm ki, narahat olmaq lazım deyil. Sadəcə bizim apardığımız maarifləndirmə işləri insanları ayıldır. Onlar dözümlülük psixologiyasından uzaqlaşıb, öz problemlərini gündəmə gətirirlər, müxtəlif strukturlara, polisə  müraciət edirlər ki, artıq zorakılığa dözmək olmaz. “Mən niyə dözməliyəm”? sualı ortalığa gəlir”, -deyə Sədaqət Qəhrəmanova bildirib.