Ölkə

İşdən çıxarılan general haqda maraqlı məlumatlar – 48 yaşında diplom alıb…

İşdən çıxarılan general haqda maraqlı məlumatlar – 48 yaşında diplom alıb…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vəzifəsindən kənarlaşdırılan Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nizami Məmmədov 48 yaşında diplom alıbmış.
7Times.az Qaynarinfo-a istinadən xəbər verir ki, bu barədə general-leytenantın tərcümeyi-halında qeyd edilib.

Nazim Məmmədov 1951-ci ildə anadan olub. 1999-cu ildə isə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 1999-cu ildə general-leytenantın 48 yaşı olub. Onun bundan əvvəl hansısa ali məktəbi bitirməsi barədə tərcümeyi-halında hər hansı qeyd yoxdur.
Nazim Məmmədov universiteti 1999-cu ildə bitirməsinə bamayaraq, 1995-ci ildən Dövlət Gömrük Komitəsində çalışıb. Həmin vaxt qurumun sədri indiki Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olub.
2007-ci ildə isə Nazim Məmmədov DGK sədrinin müavini təyin olub və general-leytenant rütbəsi alıb.
Mediada gedən bəzi məlumatlara görə, Nazim Məmmədov vaxtilə Kəmaləddin Heydərovun sürücüsü olub. Onun baytarlıq işçisi olduğu barədə də məlumatlar var.