Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq onun yerinə təyinat var. Belə ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmri ilə polkovnik Elçin Məmmədov bu vəzifəyə təsdiq edilib.