Aktual

İşdən qovulan başçı müavini ilə bağlı – SENSASİON İDDİA -2500-4000 manata…

İşdən qovulan başçı müavini ilə bağlı – SENSASİON İDDİA -2500-4000 manata…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rasilə Əliyeva təkcə 15 yaşlı qıza deyil, bir çoxlarına psixoloji və fiziki zorakılıq tətbiq edib. O da məlum oldu ki,

 

Lənkəran rayonunda erkən nikahın razılıq qiyməti 2500-4000 manat arasıdır. Deyilənə görə, hadisələr Rasilə Arifqızının kabinetindəcə həll olunurmuş.

 

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə “Bizim.media”ya açıqlamasında deyib.

 

“Görün insanın vəzifəsindən sui-istifadə halları nə həddə olub ki, Rasilə Əliyeva məsuliyyətə cəlb olunduğu üçün Lənkəran toy-bayram edib, hətta qurban kəsilib”, – o bildirib.

 

Qeyd edək ki, Baş Prokurorluğun təqdimatı ilə 9-cu sinif şagirdinə öz evində zorakılıq göstərən Rasilə Arifqızı artıq vəzifəsindən azad olunub.

 

Olayla bağlı isə CM-in 309.1-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə cinayət işi açılıb.