Kriminal

İşə adam düzəltmək üçün pul alan qadın həbsdən buraxıldı

İşə adam düzəltmək üçün pul alan qadın həbsdən buraxıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla bağlı yalandan vəd verərək dələduzluq etməkdə ittiham edilən qadın azadlığa buraxılıb.

7times.az xəbər verir ki, dələduzluqda ittiham edilən Gülşən Quliyeva və onunla birlikdə məsuliyyətə cəlb edilən daha iki nəfərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə hər üç şəxs zərərçəkmiş şəxslə barışdıqları üçün cinayət məsuliyyətindən azad olunublar.

İttihama görə Elmir adlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə zabit kimi işə düzəlmək istəyib. Bu barədə dostu Poladla danışıb. Dostu Polad isə Zaxar adlı dostunun tanışının bu işi həll edə biləcəyini deyib.

Bundan sonra Zaxar tanışı İslama, o isə Gülşən Quliyevaya bu haqda deyib.

Gülşən Quliyeva bu iş üçün 7 min manat istəyib. Əvvəlcə 6500 manat Zaxar vasitəsi ilə Gülşənə verilib. Qalan 500 manat da İslam vasitəsi ilə çatdırılıb.

Bundan sonra Gülşən Elmirlə görüşərək tələb edilən sənədləri istəyib və ondan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəsmi sorğu göndərməsini məsləhət edib. Bir neçə ay sonra onun sorğusuna cavab gəlib.

Cavabda bildirilib ki, daha əvvəl də imtahandan kəsildiyi üçün müraciəti qəbul edilməyib.

Elmir də bu barədə Gülşənə deyib. Hətta Gülşən daha əvvəl müraciət etməsi haqda ona məlumat vermədiyinə görə Elmirə hirslənib də.

Daha sonra aldadıldığını başa düşən Elmir hər üç şəxs barəsində şikayətçi olub. Onlardan yalnız Gülşən Quliyeva həbs edilib.

Zaxar zərərin 4 min manatını Elmirə qaytarıb, qalan məbləğ üçün də maşınını girov qoyub.

Məhkəmənin hökmü ilə Zaxar və İslam barəsində polis nəzarətinə vermə qətimkan tədbiri, başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib. Barəsində həbs qərarı çıxarılmış Gülşən Quliyev da həbsdən azad edilib. Onlar zərəri ödədiyi, zərərçəkmişlə barışdıqları üçün cinayət məsuliyyətindən azad ediliblər./Musavat.com