Aktual

İsraildə koronavirusu 1 dəqiqə ərzində səsə görə aşkar etmək üsulu kəşf edilib

İsraildə koronavirusu 1 dəqiqə ərzində səsə görə aşkar etmək üsulu kəşf edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Analizlərə son?
Səsə və öskürəyə görə koronavirus testi
7Times.az Moderator.az-a istinadən xəbər verir ki, İrasilin yüksək texnologiyalar şirkəti smartfon üçün koronavirusa yoluxan xəstələri yüksək dəqiqliklə aşkar etməyə imkan verən əlavə proqram işləyib hazırlayıb.
Testin mahiyyəti smartfon vasitəsilə səsi analiz etməkdir. Bunu  Yavne şəhərinin Black Box Voice Medical (BBV) şirkəti icad edib.
Bu proqram istinadı qeydiyyat səhifəsinə göndərir, orada şəxsiyyət vəsiqəsinin nömrəsi yazlır, bundan sonra verilən əmrlərə uyğun olaraq 5-ə qədər ucadan saymalı və 3 dəfə güclü öskürməlisən. Analizin nəticələri bir dəqiqədən sonra hazır olacaq və onu lazımi təşkilatlara-Səhiyyə Nazirliyinə, məktəbə, iş yerinə göndərə bilərsiniz.
İlk öncə bu proqram pnevmoniyanın diaqnozunu qoymaq üçün nəzərdə tutulub, amma bir il əvvəl COVİD-19 xəstəliyini aşkar etmək üçün uyğunladırılıb.
Sistemi işləyib hazırlayan Dani Sivan belə izah edib: proqramın işi süni intellektə əsaslanır.
“Koronavirus xəstəsinin səsində sağlam insanlar, adi zökəm və ya qriplə xəstələnənlərlə müqayisədə fərqlər meydana çıxır.
Biz insan qulağının qəbul etdiyi tezlikləri təhlil edib koronavirus xəstələri üçün spesifik tezliyi aşkar edə bilmişik”, – o, belə deyib.
“Səs analizinin dəqiqliyi PCR analizinə nisbətən 98 faiz təşkil edir, – bunu şirkətin baş direktorunun müavini Kobi Adani izah edib. -Biz COVİD-19-u  qripdən fərqləndirə bilirik və texnologiyamızı “Delta” və “Omikron” ştammlarına uyğunlaşdırmışıq. Bizim metodun başlıca üstünlüyü ondadır ki, evdən bayıra çıxmağa ehtiyac yoxdur. Bu isə analizlər verilən məntəqələrdə növbələrdən yaxa qurtarmağa və səhiyyə sisteminin işini yüngülləşdirməyə imkan verir.
Bundan başqa, bizim metodumuz yoluxma zəncirini qırmağa kömək edir və digər diaqnostika üsullarından ucuzdur”.
İsrail texnologiyası Avropanın SE şəbəkə tənzimləyicisi tərəfindən sertifikasiya edilib. Sınaqlar 3 ölkədə-İsraildə, Birləşmiş Ərəb Əmirliklərində və Venesuelada keçirilib.
İsraildə sınaqlar Aşdod şəhərində “Makkabi” xəstəxana kassasının diaqnostika məntəqəsinin bazası əsasında həyata keçirilib. Həmçinin bu sınaqlar Lod və Arad  şəhərlərində Helsinki komissiyasının nəzarəti altında keçirilib, yaxın zamanlarda sistemin sınaqları “Asəf xa-rofe” xəstəxanasında da keçiriləcəkdir.
“Bu həftə testlər Macarıstanda başlayır. Biz ümid edirik ki, proqramın kommersiya tətbiqi müxtəlif dillərə uyğulaşdırılması başa çatdıqdan sonra yaxın aylarda başlanacaq”, – Adani belə deyib.
Bu metodu İsrailin Səhiyyə Nazirliyi qəbul edirmi?
Təəssüf ki, biz Səhiyyə Nazirliyi ilə savaşdayıq, çünki orada texnologiyanın effektiv olmasını yoxlamaq belə istəmirlər.
Hər zaman onun tətbiq edilməsinin mümkün olmaması barədə bəhanələr gətirirlər. Mənə elə gəlir ki, işimizi qəsdən əngəlləyirlər”, – Adani bəyan edib.
Hələlik Səhiyə Nazirliyindən dərc edilən materialla bağlı hər hansı cavab alınmayıb.