Aktual

İstanbulun fəthi: Mask bu rəvayətə eyham vurdu – Foto

İstanbulun fəthi: Mask bu rəvayətə eyham vurdu – Fotobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Maskın İstanbulun fəthiylə əlaqədar Tvitterdə paylaşımı böyük marağa səbəb olub. Mask bununla nə demək istəyib?

Kult.az xəbər verir ki, bununla bağlı eyhamı Türkiyənin Milli Müdafiə Universitetinin rektoru, tarixçi Ərhan Afyonçu izah edib.

O bildirib ki, Mask məşhur “Unudulub açıq qalan qapı” rəvayətinə istinad edib:

”Rəvayətə görə, guya Ədirnəqapı ilə Əyriqapı arasında piyadalar üçün ayrılmış Kerkoporta (Cambazxana) adlı kiçik qapılardan biri unutqanlıq səbəbindən açıq qalıb və şəhərin qala divarlarının dibində gəzən bir neçə türk əsgəri içəri girib, beləliklə də Konstantinopol fəth edilib. “Böyük Osmanlı tarixi”nin yazarı Cozef fon Hammerdən roman yazarı, araşdırmacı Stefan Sveyqə kimi müxtəlif Qərb tarixçi və ədibləri bu barədə yazıblar. Bu məlumat yalnız 15-ci əsrdə Bizansın son imperatoru IX Konstantinin hökmdarlığı zamanında fəaliyyət göstərmiş məşhur tarixçi Dukasın qeydlərində var. Bu rəvayəti dövrün heç bir mötəbər mənbəsi təsdiqləmir. Maskın da istinad etdiyi rəvayətdə səsləndirilən iddialar dövrün türk, eyni zamanda Venesiya taciri, səyyah və diplomatı İosafat Barbaro, fəth zamanı şəhərdə olan Zorzo Dolfinin qeydləri, latın və Bizans mənbələri ilə ziddiyyət təşkil edir. Sözügedən bölgə isə fəthdən sonra atılan lağımlara və top dağıntılarına görə “Top yıxan” məhəlləsi adlanıb. Bu fakt bir daha ordunun döyüşərək şəhərə girdiyini sübut edir”.

Ərhan Afyonçu qeyd edib ki, bu rəvayət sadəcə İstanbulun fəthinin miqyasını kiçiltməyə uğursuz cəhddir.

Qeyd edək ki, “Tesla”nın rəhbəri, məşhir milyarder İlon Mask yatağında uzanan Bizans əsgərinin “Did I lock the gate?” (Darvazanı bağladımmı?) dediyini əks etdirən karikatura paylaşıb. Karikaturanın altından isə “Konstantinopol 1453” şərhi yazılıb. Paylaşım qısa müddətdə gündəm olub.

Xatırladaq ki, Konstantinopol 1453-cü ildə, 6 apreldə başlayan və 53 gün davam edən şiddətli döyüşlərdən sonra, 29 mayda II Sultan Mehmetin rəhbərliyi altında qüdrətli türk ordusu tərəfindən fəth edilmişdir.