İsveçrə Almaniyanın Ukraynaya ağır silah göndərməsinə mane olur
Aktual
İsveçrə Almaniyanın Ukraynaya ağır silah göndərməsinə mane olur
İsveçrə öz döyüş sursatı ilə Almaniya istehsalı olan “Marder” model zirehli döyüş maşınlarının Ukraynaya göndərilməsinin qarşısını alıb.
7Times.az xəbər verir ki,İsveçrənin Sonntags Zeitung qəzeti İsveçrənin bu zirehli maşınlar üçün öz istehsalı olan sursatların istifadəsinin qarşısını aldığını və daşınmasını dayandırdığını yazıb.