Manşet

“Kapital Bank”ın filial müdiri İNTİHAR ETDİ – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

“Kapital Bank”ın filial müdiri İNTİHAR ETDİ – RƏSMİ AÇIQLAMA – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq “Kapital Bank”ın filial müdiri Mahir Sultanovun intiharı ilə bağlı açıqlama verib.

7times.az-ın məlumatına görə, Mətbuat xidmətindən bildirilib ki, mayın 17-də saat 07 radələrində paytaxtın Binəqədi rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub, digər zəruri prosesual hərəkətlər həyata keçirilib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

***

14:08
“Kapital Bank”ın filial müdiri intihar edib.

7times.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bankın Xəzər rayon filialının müdiri Mahir Sultanov özünü öldürüb.

O, Şüvəlan qəsəbəsində yerləşən filiala rəhbərlik edirmiş. İntiharın səbəbi hələ ki, bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.