Sosial

Karantinlə bağlı qayda pozanlara məcburi ödəniş etdirilir? – DİN-dən açıqlama

Karantinlə bağlı qayda pozanlara məcburi ödəniş etdirilir? – DİN-dən açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan şəxs müvafiq polis orqanına dəvət edilə bilər. 

7times.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, inzibati xəta törətmiş şəxslərdən polis orqanında məcburi ödəniş tələb edilməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Həmin şəxs barəsində müvafiq araşdırma aparıldıqdan sonra protokol tərtib olunaraq sərbəst buraxılır. Tətbiq olunan cərimə protokolu üzrə ödənişlə bağlı polis vətəndaşa yerində ödəmə imkanının olub-olmaması ilə bağlı nəsə soruşması qanunvericiliklə ziddiyyət təşkil etmir.