Ölkə

Kəlbəcərdə şəhid olan gizir dəfn edildi – FOTO (YENİLƏNDİ)

Kəlbəcərdə şəhid olan gizir dəfn edildi – FOTO (YENİLƏNDİ)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu nəşi ailəsinə təhvil verilib.

Vida mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvləri ilə yanaşı, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidlə vida mərasimi başa çatdıqdan sonra dəfn olunmaq üçün son mənzilə yola salınıb.

F.Yaqublu bu gün Beyləqan rayonu Qəhrəmanlı kəndində dəfn edilib.

Qeyd edək ki, F.Yaqublu 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Vətən müharibəsində iştirak etmiş Fərman Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Şəhid Yaqublu Fərman subay idi və ailənin tək oğul övladı olub, 2 bacısı var.

Xatırladaq ki, F.Yaqublunun atası da 1994-cü ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.(report)