Ölkə

Kərəm Həsənovun bacısının 2 milyonunu mənimsəyən “falçı”ya cəza istənildi

Kərəm Həsənovun bacısının 2 milyonunu mənimsəyən “falçı”ya cəza istənildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayeva külli miqdarda dələduzluğa məruz qalıb.
7Times.az “kriminalqafqaz”a istinadla xəbər verir ki, R.Ağarzayeva özünü falçı kimi təqdim edən Şəfəq İsmiyeva və onun sevgilisi Ceyhun Zeynallının “qurbanı” olub. Belə ki, “falçı” ondan 2 milyon manata yaxın pul alıb.
Belə ki, İsmiyeva “İnstagram” səhifəsində falçılıq etməsi barədə elan yayaraq özünü “Maya” kimi təqdim edib. O R.Ağarzayeva ilə danışıqlara başlayandan sonra ona deyib ki, problemlərinin həlli məsələsində Rusiyada yaşayan “Dmitri” adlı başqa bir falçının da köməyi lazım olacaq. “Falçı” bu bəhanə ilə iki il ərzində hissə-hissə olmaqla Kərəm Həsənovun bacısından ümumilikdə 2 milyon manata yaxın pul alıb.
R.Ağarzayeva və ərinin şikayəti əsasında “falçı” qadın və sevgilisi barəsində cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Ş.İsmiyevanın 10 il 6 ay, C.Zeynallının isə 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Onların hər ikisinə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham verilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Rəna Ağarzayeanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb. O, məhkəmədə deyib ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanmasında yox, pulunun qaytarılmasında maraqlıdır: “Əvvəldən də demişəm, mən onların tutulmasında maraqlı deyiləm. Mən pulumun qaytarılmasını istəyirəm”.
Məhkəmədə dindirilən zaman Şəfəq İsmiyeva bildirib ki, Rəna Ağarzayevadan falçılıq adıyla 1 milyon 400 min manat pul alıb, bunun 800 minini Zeynallıya verib, 600 mini özünə qalıb.
Ceyhun Zeynallı isə Şəfəq İsmiyeva ilə münasibətləri olsa da, onunla əlbir olmadığını bildirib: “Şəfəq bu cinayəti təkbaşına törədib, əldə etdiyi vəsaitlərin də böyük əksəriyyətini banklar vasitəsilə müxtəlif adamlara göndərib”.
Təqsirləndirilən şəxslər vurduqları ziyandan 293 min manat ödəyiblər.
Qeyd edək ki, Şəfəq İsmiyeva və Ceyhun Zeynallının birgə yaşayışdan bir qızı var. Məhkəmə dövründə Ş.İsmiyevanın ikinci övladı dünyaya gəldiyindən o, ev dustaqlığına buraxılıb. Ceyhun Zeynallı isə həbsdə mühakimə olunur. Bundan başqa C.Zeynallı həmin uşağın atası olması haqda qarşı tərəfin iddiasını qəbu etmir və atalığın müəyyən edilməsini tələb edir.