Aktual

“Kimsə döyüşüb, yaralanıb və ona ad verməyiblərsə, bu artıq bağışlanan deyil…”

“Kimsə döyüşüb, yaralanıb və ona ad verməyiblərsə, bu artıq bağışlanan deyil…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi bir qrup hərbçimiz döyüşlərdə göstərdikləri şücaətə baxmayaraq dövlət tərəfindən verilən medallarla təltif edilməmələrindən şikayətləniblər. Artıq bununla bağlı həm sosial şəbəkələrdə məlumatlar yayılıb, həm də redaksiyamıza müraciətlər olub. 

7times.az xəbər verir ki, yazıçı, millət vəkili Aqil Abbas döyüşlərdə iştirak edən hər bir hərbçimizin təltif ediləcəyini bildirib:

“Bununla bağlı mətbuatda yazılara mən də rast gəlirəm. Amma bir az səbr etmək lazımdır, hələ ki, təltiflər gedir. Yəqin ki, hərbi hissələrin təqdimatlarının hamısı təqdim edilməyib. 82 mindən çox orden və medallar paylanılıb. Elə döyüşçülər var ki, bu medalların 4-5-ni alıb. Artıq müəyyən təltifləri icra orqanlarına tapşırıblar. Düşünürəm ki, heç kəsin zəhməti yerdə qalmayacaq. Yəqin ki, belə şeylərdə müəyyən nöqsanlar olur, mən bunu danmıram. Kimsə döyüşüb, yaralanıb və ona ad verməyiblərsə, bu artıq bağışlanan deyil, yəni bunu nəzərə almaq lazımdır”. /Moderator.az