Manşet

“Kimsə Qarabağa dair razılaşmanı pozsa, müharibə olacaq!” – Putin

“Kimsə Qarabağa dair razılaşmanı pozsa, müharibə olacaq!” – Putinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva, Yerevan və Bakı arasında Qarabağla bağlı üçtərəfli Sazişin icrasını əngəlləməyə çalışan şəxslər başa düşməlidirlər ki, bu sənədə alternativ müharibədir”.

7times.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Prezident Vladimir Putin Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı müşavirədə deyib.

O qeyd edib ki, Allah eləməsin, əgər belə bir şey baş versə, müharibədə ölənlərin qanı həmin adamların əlində qalacaq: “Hər kəs bunu dərk etməli və öz-özünə bununla bağlı hesabat verməlidir”.yenisabah.az