Aktual

“KİMSƏ YUXUDA NƏSƏ GÖRÜRSƏ, AĞLINA GƏLƏNİ DANIŞIRSA…” – Səfər Mehdiyev işdən çıxarılması haqda

“KİMSƏ YUXUDA NƏSƏ GÖRÜRSƏ, AĞLINA GƏLƏNİ DANIŞIRSA…” – Səfər Mehdiyev işdən çıxarılması haqdabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda vəzifədən gedən kimsə Prezident sərəncamını müzakirə edib ki, mən də edəm? Cənab Prezident belə məsləhət görübsə, nəsə demək yersizdir”.

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Prezidentin Gömrük Komitəsinin sədri vəzifəsindən azad etdiyi Səfər Mehdiyev deyib.

Həbs olunması ehtimalı barədə iddialara gəlincə, Mehdiyev belə deyib:

”Kimsə yuxuda nəsə görürsə, ağlına gələni danışırsa mən ona fikir bildirməli deyiləm. Hazırda evimdəyəm”.

“Gömrük Komitəsinin həbs edilən yüksək vəzifəli şəxslərini günahkar hesab edirsinizmi” sualına isə Səfər Mehdiyev cavab verməkdən yayınıb.

”Oldu, təşəkkür edirəm, sağ olun” deyən Mehdiyev telefonun dəstəyini asıb.