Sağlamlıq

Koronavirus kişilərdə impotensiya yaradır?

Koronavirus kişilərdə impotensiya yaradır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa qarşı peyvənddən imtina edilməsi kişilərin səhhətində ciddi problemlərə səbəb ola bilər.

Bu barədə “American Journal of Epidemiology” nəşri məlumat yayıb.

Elmi jurnalda dərc edilən məqalədə bildirilib ki, SARS-CoV-2 koronavirusu vaksinasiyadan keçməyən kişilərdə potensiyanın qısamüddətli azalmasına səbəb ola bilər. Lakin peyvənd olunmuş şəxslərdə belə hallar müşahidə edilmir.

Bundan əlavə, mütəxəssislər peyvəndin ana olmağı planlaşdıran qadınlara heç bir mənfi təsir göstərmədiyini qeyd edərək, vaksinin deyil, yalnız koronavirusun sağlamlıq üçün təhlükə yaratdığını vurğulayıblar.