Araşdırma

Koronavirus xoruldayan insanlara daha böyük təhlükə törədir

Koronavirus xoruldayan insanlara daha böyük təhlükə törədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorultudan və ya yuxuda nəfəs kəsilməsi problemindən əziyyət çəkən insanlar COVID-19-a daha çox həssasdırlar.

Bu barədə nevrologiya və somnologiya (yuxu haqqında elm.red) sahəsi üzrə mütəxəssislər xəbərdarlıq edir.

Elm adamları qeyd edir ki, yuxu zamanı tənəffüs problemi olan insanlar pandemiyanı daha ağır keçirir, belə ki, ağciyəri zədələyən koronavirus xəstəlik dövründə tənəffüsün dayanması riskini yaradır.

Mütəxəssislər belə xəstələrə xüsusi diqqətlə yanaşmağın vacib olduğunu qeyd edirlər.

Somnoloqlar həmçinin əlavə edirlər ki, COVID-19 gələcəkdə yuxuda nəfəs kəsilməsi probleminin daha da kəskinləşməsinə gətirib çıxarır.

Mənbə: Ura.ru