Aktual

Koronavirusa qarşı peyvəndlənmə dayandırıldı – 15 maydan etibarən…

Koronavirusa qarşı peyvəndlənmə dayandırıldı – 15 maydan etibarən…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Danimarka pandemiyaya nəzarət etməyi bacardığı üçün COVID-19 peyvəndi proqramını dayandırdığını elan edən ilk ölkə olub.
Sfera.az xəbər verir ki, Danimarka səhiyyə orqanı artıq ölkədə peyvənd olunanların sayının yüksək olduğunu bildirib:
“Bahar gəlib, Danimarka əhalisi arasında peyvənd olunmuş şəxslərin nisbəti yüksəkdir və pandemiya yavaşlayıb. Buna görə də Milli Səhiyyə Şurası olaraq, peyvənd kampaniyasına son veririk. Mayın 15-dən etibarən, COVID-19 pandemiyası səbəbilə insanlar peyvənd olunmağa dəvət edilməyəcək”.
Danimarka Səhiyyə və Dərman Agentliyi peyvənd proqramının tamamilə dayandırılmadığını və payızda yenidən başlaya biləcəyini qeyd edib.
Peyvənd kampaniyası çərçivəsində 5,8 milyon əhalisi olan Danimarkada təxminən 4,8 milyon vətəndaş peyvənd olunub.