Manşet

KTMT Azərbaycan-Ermənistan sərhəddində baş verənlərə münasibət bildirdi

KTMT Azərbaycan-Ermənistan sərhəddində baş verənlərə münasibət bildirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“KTMT Ermənistan və Azərbaycan sərhədində gərginliyin daha da artması təhlükəsindən narahatdır”.

7times.az xəbər verir ki, bu, KTMT baş katibi Stanislav Zasın bəyanatında deyilir.

“2021-ci il iyulun 28 -nə keçən gecə Ermənistanla Azərbaycan sərhədində hərbi toqquşmalar baş verib, nəticədə Ermənistan silahlı qüvvələrinin üç hərbçisi ölüb, dördü yaralanıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət alanlara tezliklə yaxşılaşmalarını arzu edirəm.

Ciddi narahatlıq bölgədə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyanatında təsbit olunmuş üçtərəfli formatda razılaşmaların həyata keçirilməsinə mənfi təsir göstərə biləcək gərginliyin daha da artması təhlükəsindən qaynaqlanır.

Güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətləri həll etmək üçün yalnız siyasi və diplomatik üsullardan istifadə edilməlidir.

Rusiya Federasiyasının bölgədəki vəziyyəti sabitləşdirməyə yönəlmiş səylərini alqışlayıram”. Yenisabah.az