Aktual

KTMT iclasında 3 ölkə Bakıya görə mübahisə etdi

KTMT iclasında 3 ölkə Bakıya görə mübahisə etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan, Qırğızıstan və Tacikistan KTMT-də Azərbaycana görə digər üzvlərlə mübahisə ediblər.

7Times.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov danışıb.

O bildirib ki, iclasla bağlı gizlədilən məqamlar var:

“İclas haqqında ilkin mətn rəsmi saytdan bir neçə dəqiqə sonra silinərək yenisi ilə əvəz olundu. Görüşün yekunlarına dair ilkin versiyada aşağıdakılar qeyd olunurdu (sonradan abzaslar silinib və iclasda neytral mövqenin qəbul edildiyi bəyan edilib):

KTMT-nın Qərargah və Katibliyinin iştirakı ilə dünən baş tutan iclasda Azərbaycana və Türkiyəyə qarşı sərt fikirlər səsləndirilib. Rusiyanın KTMT-dəki daimi təmsilçisi Mikael Aqasandyan Azərbaycan və Türkiyənin guya NATO ilə birlikdə vəziyyəti gərginləşdirməsinə icazə verməyəcəklərini, bölgəyə hərbi kontingentin göndərilməsinin lazımlığını qeyd edib. Belarus nümayəndəsi Aqasandyanın fikri ilə razılaşıb.

Qazaxıstan, Qırğızıstan və Tacikistan etiraz edib, yuxarıda deyilənləri birtərəfli fikir adlandırıblar və bu cür qərara dəstək verməyəcəklərini bildiriblər. Bundan sonra Mərkəzi Asiya dövlətlərinin fikri ortaq qərar kimi qəbul edilib.

Aydın məsələdir ki, Mikael Aqasandyan erməni etnik mənsubiyyətinin maraqlarından çıxış edərək subyektiv fikir söyləyib. Sirr deyil ki, Rusiya prezidenti ilə XİN və MN arasında Qafqaza fərqli yanaşmalar mövcuddur. Amma Aqasandyan məqsədinə çatmadı. Moskva tərəfindən balanslı bəyanat verildi.

Hər halda, dünənki hadisə bir daha göstərdi ki, Ermənistanın üzvü olduğu təşkilatlarda belə heç bir çəkisi yoxdur”.

Qeyd edək ki, KTMT-nin sərhəddəki qarşıdurmalarla bağlı fövqəladə toplantısı ötən gün onlayn qaydada keçirilib. Toplantıda bölgəyə KTMT missiyası göndərməklə bağlı razılıq əldə edilib. Missiya Azərbaycan-Ermənistan sərhədinə gələrək, araşdırma aparacaq və hesabat hazırlayacaq.