Aktual

“KTMT missiyasını Azərbaycan-Ermənistan sərhədinə göndərəcək” – Peskovdan açıqlama

“KTMT missiyasını Azərbaycan-Ermənistan sərhədinə göndərəcək” – Peskovdan açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyası Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək.

Bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, Ermənistanla Azərbaycan sərhədində gərginlik qalmaqdadır və bununla əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının oraya göndərilməsi qərara alınıb.

“Dünən KTMT missiyasının sərhədə getməsi qərara alınıb”, – deyə Peskov vurğulayıb.

O, əlavə edib ki, qərar axşam saatlarında verilib, missiyanın formalaşdırılması və onun sərhədə göndərilməsi bir qədər vaxt aparacaq. (konkret.az)