Aktual

“Laçın dəhlizində ərazi minalardan təmizlənir” – Rusiya MN

“Laçın dəhlizində ərazi minalardan təmizlənir” – Rusiya MNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Laçın dəhlizində sülhməramlı birləşmələrin hərbi kolonunun keçidini təmin edən 7 müvəqqəti müşahidəçi postu qurulub”.

7times.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirilən brifinqdə deyib.

Bundan əlavə, o qeyd edib ki, hərbi mütəxəssislər tərəfindən Xankəndi-Gorus yolunun 1 kilometrlik hissəsi minalardan təmizlənib.

“Laçın dəhlizində ərazinin minalardan və partlayıcı maddələrdən tam təmizlənməsi işləri aparılır. Xankəndi-Gorus yolunun 1 kilometrlik hissəsi yoxlanılıb və minalardan təmizlənib. Həmçinin, 27 ədəd sıradan çıxmış və zədələnmiş texnika yolun gediş-gəliş hissəsindən təmizlənib”, – deyə MN rəsmisi bildirib.qafqazinfo.az