Region

Laçın SES-in bəndi Azərbaycanın nəzarətinə keçdi

Laçın SES-in bəndi Azərbaycanın nəzarətinə keçdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası çərçivəsində Rusiya sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasına köməklərini davam etdirirlər.

7times.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrda əldə olunmuş razılaşma nəticəsində Laçın Su Elektrik Stansiyasının maşın salonu Rusiya sülhməramlılarının məsuliyyət zonasının nəzarətinə, ərazidəki su elektrik stansiyasının bəndi isə Azərbaycanın nəzarətinə keçib.

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin komandanlığının dəstəyi ilə hidroelektrik stansiyanın istismarı bərpa edilib. Hazırda Rusiya sülhməramlıları qovşaqlar və elektrik stansiyanın fəaliyyətində işlər görmək üçün mühəndislərin təhlükəsizlik və manesiz girişini təmin edir.

Qeyd olunub ki, bu, Xankəndi şəhərinin, həmçinin onun yaxınlığında yerləşən yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunmasına imkan verir. unikal.org